Ərazisində mövcud 80-dən çox təbii bulağı, yüksəkdə yerləşən Şindan qalası, Dustaqxana, Buzxanası, iki böyük şəlaləsi, rəngarəng evləri ilə Sım kəndi bu gün ən unikal, ecazkar kəndlərimizdən biridir. Bütün bu gözəllikləri görmək, insanların gülərüz ruhunu hiss etmək, dadlı talış mətbəxi dadmaq baxımdan Sım ziyarət edilməli yerlərin önündə gəlir.