Ərçivan kəndində orta əsrlərə aid hamam – Astaranın mərkəzindən və Xəzərin sahilindən üzü dağlıq kəndlərə yol aldıqda o yol bizi Ərçivan kəndinə aparacaq. Kəndin tam mərkəzində orta əsrlərə aid bir hamam var. Bərpaya ehtiyacı olan hamamın daxili quruluşu və memarlığı çox gözəldir. Kənddə həmçinin Səfəvi dönəminə aid cümə məscid də var.