Qrız Qubanın ən gözəl kəndlərindəndir. Kanyonu ilə, şəlalələri ilə, xüsusən də kəndə qalxan yolunun gözəlliyi ilə nəfəskəsən bir kənddir. Hazırda köhnə Qrız yolu asfalt olmadığına görə çətinlik yaratsa da, hər maşın bu yolu qalxa bilməsə də, bəlkə də Azərbaycanın ən gözəl mənzərəli yollarındandır. 

Qrızın şəlaləri də çox məşhurdur. Xüsusən qış aylarında tamamilə buz donan bu şəlalələr turistlərin çox getdikləri yerlərdəndir. 

Qrız kəndində hazırda 30-40 ev var. Kəndin əhalisi 368 isə nəfərdir. Kiçik, özünəməxsus və şirin bir kənd.

Qrız həm də dumanlı havaları ilə məşhurdur. Bəzi aylarda burada o qədər gözəl duman qatı olur ki, sanki ağappaq buludların üzərində gəzirsən.