
Astara Azərbaycanın cənub incisidir. Xəzinəsidir. Hər yerdən fərqli təbiəti, özünəməxsusluğu ilə seçilir. Bir tərəfi Xəzər sahilidir, bir tərəfi Talış dağlarıdır, meşələrdir. Dəniz istirahəti desən burada, dağlarda olmaq istəsən o da burada. Ana yoldan üzü dağlara doğru getdikcə dəyişən mənzərələr, çoxu zaman nağılları xatırladan evlər göz oxşayır.
Bütün bunlar yerli insanların gülərüz, qonaqpərvərliyi və dadlı talış mətbəxi daha da dəyərli bir hal alır. Hətta iştahsız insan belə Astara mətbəxi fonunda acır.
Astara eyni zamanda sitrus meyvələrin və çayın Vətənidir. Burada mandarin, portağal, kivi və digər bu kimi sitrus meyvələrin yığımı tam bir festival halını alır adətən. Son ildə yerli turistlərin mütəmadi səfərləri nəticəsində meyvə yığımı prosesinə şəhər camaatının da bu və ya digər dərəcədə qoşulması maraqlı bir görünüş alıb.
Astara qeyd edilən bütün incə məqamlar fonunda ən özəl bölgələrimizdən biridir.