Azərbaycan Turizm Blogerleri Assosiasiyası 2020-ci ilin 5 oktyabrında rəsmi olaraq qeydə alınıb. Səyahət blogerlərini, yazarlarını bir çətir ətrafında toplayan assosiasiya qısa müddətdə turizm sektorunda öz sözünü deməyi bacarıb.

 

Bütün dünyada olduğu kimi, Azərbaycanda da turizm blogerlərinin bir qurum ətrafında birləşməsi zərurəti yaranmışdı. Azərbaycan Turizm Blogerləri Assosiasiyasının yaradılmasının əsas məqsədi turizm blogerlərinin fəaliyyətinin əlaqələndirilməsi və peşəkarlığının artırılması, turizmin əhəmiyyəti barədə ölkə vətəndaşlarının məlumatlandırılması və ölkənin turizm potensialının təbliğinə dəstək verməkdən ibarətdir.

 

Assosasiya Azərbaycanın turizm potensialının dünyada tanıdılmasını, müxtəlif ölkələrdən olan turistlərin Azərbaycana səyahətini təşviq etməyi qarşısına məqsəd qoyub. Həmçinin azərbaycanlıların da xarici ölkələrə səyahətləri ilə bağlı öz tövsiyə və yardımlarını təklif edir.