Azər Qərib

İdarə Heyətinin sədri

ATBA İdarə Heyətinin sədri, tanınmış səyyah və aparıcı Azər Qərib 22 may 1961-ci il tarixində, Bakı şəhərində anadan olmuşdur. 1968-ci ildə Bakı şəhər 134 saylı orta məktəbində təhsilinə başlamış, 1978-ci ildə orta təhsilini başa vurmuşdur. Elə həmin il Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuş və 1983-cü ildə ali təhsilini başa vurmuşdur. Onun hazırladığı “Qərib Azər” adlı səyahət verilişi ilk dəfə 9 mart 2003-cü ildə efirə çıxmış, bu gün isə “Oralar” adı ilə AzTV kanalında hər bazar günü yayımlanmaqdadır. Azər Qərib 2020-di ildən Azərbaycan Turizm Blogerləri Assosiasiyasının idarə heyətinin sədri, Azərbaycan Jurnalistlər Birliyinin üzvi, H.B. Zərdabı Mükafatının laureatıdır.