Tarixi ipəkçilik ənənələrini özündə birləşdirən kəlağayı sənəti Şəkinin bir maddi-mədəni irsidir. Daşları, divarları olmasa da o sənətin 100 illərlə qorunduğu daş-divarlı emalatxanalar var. Şəkidə qonaq olan hər kəs “Azəripək” MMC-ni və elə mərkəzdə yerləşən Kəlağayıçı Ziya irsinin davam etdiyi ailə emalatxanasını ziyarət etməlidir.

Kəlağayıya toxunmaq özü bir sevgidirsə, özümüzə xas bir kəlağayını ərsəyə gətirmək ayrı sevgidir ki, bunu sonuncu yerdə etmək mümkündür.