Şəki tarixi destinasiyalardan biridir. Bura gəlincə ilk növbədə bütünlüklə tarixə baş vurmaq lazımdır – hər 2 karvansara, Xan sarayı, Narınqala, Xan evi, tarixi hamamlar görülməli yerlərdəndir. Gün sonuna doğru Malyatağa qalxıb Şəkiyə panoramik baxış edə bilərsiniz.

Qeyd etmək istərdik ki, hazırda həmin yerə ekocığır işarələr qoyulmuş və rahat şəkildə hər bir ziyarətçi özü həmin yerə qalxa bilər.