9-11 fevral tarixlərində Azərbaycan Turizm Blogerləri Assosiasiyasının üzvləri, AbDulla Quliyev, Gülgün Ənvərli, Kəmalə İsayeva, Emil Abdullayev, Səadət Əliyeva, İradə Qasımova, Musa Süleymanov və Ülkər Əmiraslanova əməkdaşlıq çərçivəsində Marxal Resort & Spa otelində olublar.

Məlumat üçün qeyd edək ki, 5 ulduzlu Marxal Resort & Spa ölkənin ən yaxşı otellərindən biri olaraq, lüksu və rahatlığı özündə birləşdirməklə yanaşı, Şəki şəhər mərkəzindən sadəcə 5 km məsafədə yerləşir.

Üzvlərimiz səmimi qarşılamadan sonra, ilkin olaraq oteldəki otaqlar və otelin ərazisi ilə tanış olublar. Daha sonra iki gün ərzində milli və dünya mətbəximizin təamlarını təqdim edən müasir, eyni zamanda yerli interyerə malik “İPƏK” və “NUXA” restoranlarında möhtəşəm yeməkləri dadandan sonra, otelin terras bölməsində canlı musiqi müşayiəti ilə təqdim olunan çay dəstgahından öz çaylarını içərək Şəki təbiətinin ecazkar məzərəsindən zövq alıblar.

Bundan başqa, asudə vaxtın maraqlı keçirilməsi üçün otelin nəzdində fəaliyyət göstərən Boulinq, Bilyard, Stolüstü tennis, Diskoteka, Kino zal, Karaoke və əyləncəli oyun aparatlarından istifadə olunub.

Nəzərinizə çatdıraq ki, otelin iki mərtəbəli Spa kompleksində üzgüçülük hovuzu, quru sauna, buxar otağı, türk hamamı, fitnes zalı, masaj otaqları və cütlüklər üçün masaj otaqları da nəzərdə tutulub. Eyni zamanda spa mərkəzində tamamilə kəhrəbadan hazırlanmış Kəhrəba otağı, Qum otağı, palçıq vannası və müalicəvi Duz otağı da fəaliyyət göstərir.

Əlavə olaraq uşaq meydançası və digər əyləncə məkanlarından da faydalana bilərsiniz.

Assosiasiya üzvləri passiv istirahətlə yanaşı Marxal Resort & Spa-nın dəstəyi ilə Şəki şəhərinə də ekskursiya ediblər. Ekskursiya çərçivəsində üzvlərimiz Mirzə Fətəli Axundzadənin və Bəxtiyar Vahabzadənin ev muzeyi, Şəki Xan Sarayı, Şəkixanovlar evi, Şəki Xan Məscidi Kompleksi də daxil olmaqla, Yuxarı Baş Qoruğunu ziyarət edib, Şəkinin tarixi mərkəzində yaradılıan şəraitdən mənəvi zövq alıblar.