Yanvarın 30-da Birləşmiş Ərəb Əmirliklərinin Bakıdakı Səfirliyində AirArabia aviaşirkətinin regional direktoru Zöhrab Əliyevin təşkilatçılığı ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi və Azərbaycan Turizm Blogerləri Assosiasiyasının nümayəndələri Rüstəm Nəbizadə və İradə Qədirova arasında görüş keçirilib.

Görüş zamanı tərəflər Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında turizm və mədəniyyət sahələrində əməkdaşlığın hazırkı vəziyyətini və inkişafı perspektivlərini müzakirə ediblər. Görüşdə həmçinin gələcək addımlar müəyyən edilərək, bloqçuların BƏƏ-yə səfərlərinin təşkili imkanları nəzərdən keçirilib.