“İlin yekunları və COP-29 ərəfəsində çağırışlar” mövzusunda turizm sənayesi subyektlərinin forumu təşkil olunub.

Bakı Kongres Mərkəzində keçirilən “Azərbaycan Turizm Sənayesi Subyektlərinin Forumu”n məqsədi, 2023 – cü ilin yekunları və COP – 29 konfransı ərəfəsində cari çağırışların müzakirəsindən ibarət olub.

Forumda ölkə turizminin təbliğatı və inkişafında xüsusi rolu olan Azərbaycan Turizm Bloggerləri Assosiasiyasının sədri Azər Qərib öz çıxışında suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpasından sonra Azərbaycanın ölkə xaricində təbliğində turizm blogerlərinin daha geniş və sərbəst şəkildə tanıtım kompaniyaları həyata keçirdiyini qeyd edib, Azərbaycan Turizm Blogerləri Assosiasiyası” İctimai Birliyinin bu formatlı təbliğat tədbirlərinin gələcəkdə də coğrafiyasının genişləndiriləcəyini bildirib.

Forum çərçivəsində turizm sənayesi üzrə fəaliyyət göstərən ictimai birliklər adından Prezident İlham Əliyevin siyasətinin davam etməsini arzulayan birgə bəyanat qəbul edilib. Bəyanatda dövlət başçısı tərəfindən aparılan siyasətə tam dəstək ifadə olunub.