Azərbaycan Turizm Blogerləri Assosiasiyasının (ATBA) İdarə Heyəti və üzvləri noyabrın 13-də Ağdama səfər ediblər.

Blogerlər Ağdam Cümə Məscidinə, Qiyaslı məscidinə baş çəkiblər. Onlar həmçinin XVIII əsrə aid məşhur Şahbulaq qalasını da ziyarət ediblər.

ATBA üzvləri ermənilər tərəfindən dağıdılan “İmarət” kompleksində də olublar.

Ağdamın ermənilər tərəfindən dağıdılan daha bir tikilisi, məşhur Çörək Muzeyi də blogerlərin ziyarət etdiyi yerlərdən olub. Onlar Şəhidlər Xiyabanına da baş çəkərək, I Qarabağ Müharibəsində həlak olan şəhidlərin də məzarlarını ziyarət ediblər.