Azərbaycan Turizm Blogerləri Assosiasiyası (ATBA) İdarə Heyətinin baş katibi İradə Qədirova oktyabrın 22-də “Rebuildkarabakh” sərgisində “Qarabağ bölgəsində daxili turizmin inkişafında blogerlərin rolu” mövzusunda çıxış edib. Bloger Qarabağı turizmin incisinə çevirəcəkləri günün çox yaxında olduğunu dilə gətirib.