Blogerlər Lənkərana səfər ediblər

Azərbaycan Turizm Blogerləri Assosiasiyasının (ATBA) İdarə Heyətinin üzvləri “Khazar Palace Lankaran” otelinin dəvəti ilə Lənkərana səfər ediblər.

Səfər boyunca blogerlər Lənkəranın gəzməli-görməli yerləri ilə tanış olub, Talış mətbəxinin ləziz təamlarını dadıblar

ATBA İdarə Heyətinin üzvləri Lənkəranda Xanın evi, Dairəvi qala, “Qızılağac” Milli Parkı, liman, Xanbulan gölü kimi tanınmış turistik yerləri də ziyarət ediblər.