“Azərbaycan Hava Yolları” QSC (AZAL) Ümummilli Lider Heydər Əliyevin İtaliyaya səfəri haqqında filmin hazırlanmasına dəstək verib.

Azərbaycanlı səyyah, tanınmış jurnalist Azər Qərib Ulu Öndərin 1997-ci ildə baş tutmuş səfərinə həsr olunmuş “Bir səfərin izi ilə” filminin təqdimatını keçirib. Təqdimat ötən gün Nizami kinoteatrında olub.

Bu maraqlı layihə bizi H.Əliyevin ziyarət etdiyi İtaliyanın tarixi şəhərlərinə aparır, rəsmi səfərin qeyri-rəsmi tərəflərini göstərir. Səyahətçi ilə birlikdə tamaşaçı səfərin qeyri-adi anlarına nəzər salmaqla Roma, Neapol, Pompey və Kapri adasında heyrətamiz səyahətə çıxacaq.

Filmin ideya müəllifi A.Qərib Ümummilli Liderin daha 4 səfəri barədə oxşar mövzuda maraqlı detalların film formatında lentə alınacağını da vurğulayıb.

Bu layihə sosial missiyası mədəniyyətin inkişafına və ölkə irsinin qorunub saxlanmasına yönəlmiş AZAL-ın dəstəyi sayəsində reallaşıb.