ÜZV OL

ATBA üzvləri Lachin Resort & Spa-da

📅 21 noyabr 2025  •  ⏱ 2 dəqiqəlik oxu  •  🏷 Xəbərlər

21–23 noyabr tarixlərində “Lachin Resort & Spa” otelinin dəvəti ilə Azərbaycan Turizm Bloggerləri Assosiasiyasının (ATBA) üzvləri üçün tanışlıq səfəri təşkil edilib.

Səfər xüsusi əhəmiyyət daşıyır, çünki Laçın rayonu işğaldan azad olunduqdan sonra bölgədə həyata keçirilən yenidənqurma və turizm infrastrukturunun inkişafı ölkəmizin turizm potensialının güclənməsi üçün mühüm mərhələdir. ATBA nümayəndələrinin səfəri həm regionda aparılan bərpa işləri ilə tanışlıq, həm də yeni yaradılan turizm imkanlarının qiymətləndirilməsi baxımından əhəmiyyətli olub.

Səfər çərçivəsində iştirakçılar otelin yerləşməsi, infrastruktur imkanları, SPA və sağlamlıq xidmətləri, qonaqlama şəraiti və ümumi konsepsiyası ilə yaxından tanış olublar. Otel rəhbərliyi tərəfindən təqdimat keçirilib, bölgənin turizm perspektivləri və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

ATBA heyəti:

  • Hilal Abdullayeva – İcraçı direktor

  • Elşən İsmayılov – Koordinator

  • Gülgün Ənvərli – Koordinator

  • Renat Məcidov – Koordinator

  • İradə Qədirova – Fəxri üzv

  • Fariz Hacıyev – Üzv

  • Təbriz Əliyev – Üzv

  • Abdulla Quliyev – Üzv

ATBA bölgənin turizm potensialının tanıdılması və işğaldan azad olunan ərazilərdə beynəlxalq səviyyəli turizm layihələrinin təşviqi istiqamətində bu kimi səfərlərin böyük rol oynadığını vurğulayır.