Haqqımızda | ATBA – Azərbaycan Turizm Blogerləri Assosiasiyası

Əməkdaşlıq


ATBA – Azərbaycan Turizm Bloggerləri Assosiasiyası turizm sahəsində fəaliyyət göstərən bloqqerləri, influencerləri və yaradıcı şəxsləri bir platformada birləşdirir. Məqsədimiz Azərbaycanı yerli və beynəlxalq auditoriyaya tanıtmaq, yeni turizm məhsullarını, xidmətləri və layihələri daha geniş kütləyə çatdırmaqdır.

Əgər siz turizm məhsullarınızın, xidmətlərinizin və kampaniyalarınızın tanıdılmasında bizimlə əməkdaşlıq etmək istəyirsinizsə, biz sizin təkliflərinizi məmnuniyyətlə dəyərləndirəcəyik.

Əməkdaşlıq təkliflərinizi info@atba.az elektron ünvanına göndərə bilərsiniz.

Qeyd edirik ki, ATBA kommersiya qurumu deyil və əməkdaşlıqlardan hər hansı maddi mənfəət güdmür. Bu səbəbdən tərəfdaşlara üzvlərlə birbaşa əməkdaşlıq etmək əvəzinə, əməkdaşlıqları ATBA üzərindən həyata keçirməyi tövsiyə edirik. Bu, həm şəffaflığı təmin edir, həm də assosiasiyanın ümumi məqsədlərinə daha yaxşı xidmət edir.

ATBA ilə əməkdaşlıq edərək siz Azərbaycanın turizm sektorunda aktiv fəaliyyət göstərən influencerlərin və bloqqerlərin dəstəyini qazana, layihələrinizi daha geniş auditoriyaya tanıda bilərsiniz.