Xəbərlər

ATBA üzvləri AZAL ilə Maldivlərdə

27 oktyabr 2025 2 dəq oxu
ATBA üzvləri AZAL ilə Maldivlərdə

AZAL-ın ikinci sezon Bakı–Maldivlər birbaşa reysinin fəaliyyətə başlaması ilə əlaqədar olaraq Azərbaycan Turizm Bloggerləri Assosiasiyasının (ATBA) üzvləri aviaşirkətin xüsusi dəvəti ilə 27 oktyabr – 1 noyabr tarixlərində Maldivlərə media-tanıtım səfərinə yola düşüblər.

Bu uçuş bir neçə məqamla xüsusilə əlamətdar olub:

  • İlk dəfə olaraq Maldivlərin yeni terminalına eniş həyata keçirilib.

  • Uçuş AZAL-ın yeni nəsil təyyarəsi – Airbus A320neo ilə gerçəkləşdirilib.

  • Həmçinin, bu reys AZAL tarixində ilk dəfə sərnişinlər üçün uçuş zamanı Wi-Fi xidməti ilə təmin edilmiş təyyarə ilə həyata keçirilib.

Səfərin məqsədi yeni reysin təqdimatı, Maldivlərdə turizm potensialının yerində araşdırılması və Azərbaycan ictimaiyyətinə daha geniş şəkildə çatdırılmasıdır.

Səfərdə ATBA-nı təmsil edən üzvlər:
Sürəyya Axundova, Nigar Qazızadə, Aytac Vəlixanova, Fidan Sultanova, Tural Ələkbərov, Sofiya Ağayeva, Fatma Kazımova və Elnur Bağırzadə.

ATBA olaraq bu əməkdaşlığın Azərbaycan və Maldivlər arasında turizm əlaqələrinin inkişafına töhfə verəcəyinə inanırıq.