Biz kimik?
Haqqımızda
Turizmi və səyahət mədəniyyətini təbliğ edir, bloqqer və influencerləri peşəkar bir çətir altında birləşdiririk.
45
Aktiv Üzv
2 915 900
Ümumi İzləyici
2020
Yaranma İli
ATBA – Azərbaycan Turizm Blogerləri Assosiasiyası 2020-ci ilin oktyabr ayında turizm təbliğatını gücləndirmək məqsədi ilə təşəbbüskar Azər Qərib və fəxri üzvlər — Rəna Kərimova, Aysel Əlizadə, Azər İsmayıl, İradə Qədirova — tərəfindən yaradılıb.
Qurumun əsas məqsədi — turizmi təbliğ etmək, səyahəti geniş auditoriyaya sevdirmək, o cümlədən Azərbaycanı yerli və beynəlxalq auditoriyada cəlbedici şəkildə təqdim etmək, turizm sahəsində fəaliyyət göstərən influencer və bloqqerlər arasında peşəkar bir mühit yaratmaqdır.
Missiyamız — turizm sahəsində kontent yaradan şəxsləri bir araya gətirərək daha güclü, daha təsirli və daha etibarlı bir assosiasiya qurmaqdır. ATBA, həm turizmin təbliğində və ölkənin turizm imicinin formalaşmasında, həm də sosial mediada maarifləndirmə və tanıtım fəaliyyətlərində mühüm rol oynayır.
Əsas Dəyərlərimiz
Peşəkar Mühit
Turizm sahəsində kontent yaradan şəxslərə peşəkar inkişaf üçün struktur və dəstək təqdim edirik.
Şəffaf Əməkdaşlıq
Bütün tərəfdaşlıqlar ATBA vasitəsilə rəsmi və şəffaf şəkildə həyata keçirilir.
Güclü Assosiasiya
Azərbaycanın ən aktiv turizm bloqqerlərini bir çətir altında birləşdirərək kollektiv təsir gücü yaradırıq.
Qeyd
ATBA kommersiya qurumu deyil və fəaliyyətindən maddi mənfəət əldə etmir. Ona görə də tərəfdaşlara əməkdaşlıqları üzvlərlə fərdi şəkildə deyil, birbaşa ATBA vasitəsilə həyata keçirməyi tövsiyə edirik. Bu, şəffaflığı təmin edir və qurumun ümumi missiyasına daha yaxşı xidmət edir.
Daha Ətraflı
ATBA ilə əməkdaşlıq edərək turizm sahəsində təsir gücü yüksək olan yaradıcı şəxslərin dəstəyini qazana və layihələrinizi daha geniş kütləyə çatdıra bilərsiniz.