ÜZV OL

ATBA üzvləri və İordaniya Haşimilər Krallığının rəsmi görüşü

📅 24 noyabr 2025  •  ⏱ 2 dəqiqəlik oxu  •  🏷 Xəbərlər

24 noyabr 2025-ci il tarixində Azərbaycan Turizm Bloggerləri Assosiasiyasının (ATBA) üzvləri İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfirliyinin dəvəti ilə səfirin iqamətgahında keçirilən rəsmi görüşdə iştirak ediblər.

Görüş zamanı Azərbaycan turistlərinin İordaniya Krallığına cəlb edilməsi, turizm əlaqələrinin genişləndirilməsi və iki ölkə arasında gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub. ATBA üzvləri İordaniyanın turizm potensialı, təqdim olunan yeni istiqamətlər, təklif edilən marşrutlar və Azərbaycan bazarı üçün nəzərdə tutulan imkanlar barədə məlumatlandırılıblar.

Görüşdə İordaniya tərəfini ölkənin Azərbaycandakı səfiri Omar B. Al-Nahar və İordaniya Turizm Nazirliyinin Baş Katibi Yazan Al-Khadeer təmsil ediblər.

ATBA heyəti:

Hilal Abdullayeva – İcraçı direktor

Renat Məcidov, Elşən İsmayılov, Gülgün Ənvərli – Koordinatorlar

İradə Qədirova – Fəxri üzv

İnnara İbrahimova, Mariya Kuzmina, Abdulla Quliyev, Təbriz Əliyev, Gülşən Savadova, Sofiya Ağayeva, Sürəyya Axundova, Nigar Qazızadə, Tural Ələkbərov, Fariz Hacıyev, Ləman Tağyeva, Aysel Nəsirova, Hüseyn Əliyev – Üzvlər

Görüşün rəsmi hissəsindən sonra ATBA üzvlərinə İordaniyanın milli mətbəxindən müxtəlif qəlyanaltılar təqdim edilib, həmçinin İordaniyanın təbii resursları əsasında hazırlanan məhsullardan ibarət hədiyyə dəstləri təqdim olunub.

ATBA qarşılıqlı turizm əməkdaşlığının gücləndirilməsi və birgə təşəbbüslərin inkişafı məqsədilə bu kimi görüşlərin davam etdirilməsini önəmli hesab edir.