Renat Məcidov
ATBA-nın hotellərlə əməkdaşlıq üzrə koordinatoru, bununla yanaşı IT layihələrinin idarə edilməsi üzrə mütəxəssis, turizmçi və sahibkar. 2015-ci ildən müstəqil səyahətə Gürcüstanla başlayıb. 50-yə yaxın ölkəyə səyahət edib. Əsasən şəhər səyahətlərini, aktiv səyahətləri və fəaliyyətləri izləyiciləri ilə paylaşır. Bloq yazılarını sevir və səyahətlərindən kiçik həcmli bloq yazıları yazır, yazdıqları ilə səyahət təcrübələrində yaşadıqlarını izləyicilərinə də ötürməkdir.
2024-cü ilin yanvar ayından ATBA üzvüdür.