Hüseyn Əliyev
Hüseyn Əliyev – beynəlxalq hüquqşünas diplomunu cibində saxlayıb, amma həyat yolunu daha parlaq podyumlarda qurub. 2008-ci ildə Pink, 2012-ci ildə isə HE Accessories brendlərini yaradaraq dəbin səsini daha da yüksəltdi.
Onun səyahət hekayəsi isə çox daha erkən başlayıb – düz 3 yaşında ailəsi ilə ilk dəfə Çexslovakiyaya uçub. O gündən bəri dünya onun oyun meydançasına çevrilib. Bu gün artıq 71 ölkənin izlərini öz yaddaşında daşıyır.
İzləyiciləri ilə isə sadəcə şəkillər deyil, bir həyat tərzi bölüşür: dəb, gecə həyatı və lüks səyahətlər. Amma işin maraqlı tərəfi odur ki, o, bütün bunları ailə ilə olan səyahətlərin istiliyi ilə birləşdirir. Mesajı sadədir: fərqli olmaqdan qorxma, həyatın dadını çıxar və hər anı həm əyləncə, həm də xatirəyə çevir.
2025-ci ildə ATBA-nı Qazaxıstanda təmsil edib.
14 iyul 2022-ci ildən ATBA üzvüdür.