İftixar Rəsulov

İftixar Rəsulov


İftixar Rəsulov – rəqs müəllimidir. 2019-cu ildən səyahətə başlayıb. Bütün dünyanı gəzmək uşaqlıqdan arzusudur. Səyahət edərkən olmadığı ölkələrə getməyə üstünlük verir. Asiya və Afrika qitələrini daha çox sevir. Bloq fəaliyyəti ilə insanlara özlərinə vaxt ayırmalı olduqları çatdırmaq istəyərək deyir: “həyat qısadır, planet isə böyükdür. Ayaqlarını fərqli dənizlərə salsınlar, okeanlarda gün batımı, gün doğumunu izləsinlər, gündəlik xərclərini azaldaraq olduqları pozisiyalardan uzaqlaşıb gəzsinlər bacardıqca. İnsan səyahət etdikdə yaşadığını anlayır. Yaşadıqlarını ruhən duysunlar.”