Hökümə Abbasova
Hökümə Azərbaycan Dillər Universitetində Avropaşünaslıq üzrə bakalavr, Britaniyaşünaslıq üzrə magistr təhsili alıb. Universiteti bitirən kimi elə ADU-nun Beynəlxalq Əlaqələr üzrə Prorektorluğunda işə başlayıb, sonra müəllimliyə keçib.
Daha sonra 5 il Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsində baş məsləhətçi işləyib. Fulbrayt təqaüdü ilə ABŞ-a gedib, 6 ay Florida Universitetində olub. Hazırda ADU-nun Regionşünaslıq kafedrasında baş müəllimdir.
2018-ci ildə 24-cü ölkəsindən qayıdanda öz-özünə sual verib: bu qədər gəzirəm, niyə hələ səyahət səhifəm yoxdur? “Seyahetsever” səhifəsi elə o vaxt yaranıb.
Son 5 ildə həyatını səyahət ətrafında yenidən qurub. 9-dan 6-ya iş rejiminin onu xoşbəxt etmədiyini anlayanda dövlət qulluğundan ayrılıb, yalnız müəllim kimi çalışmağa və boş vaxtını qrup turlarına həsr etməyə qərar verib. Bu günə qədər 35-ə yaxın ölkəyə qrup aparıb.
Qrup turları ilə yanaşı büdcəli tək səyahətləri də çox sevir. Son illərdə tək səfərləri qrup səfərlərindən də çox olub.
2026-cı ildə ATBA-nı Qazaxıstanda təmsil edib.
31 iyul 2024-cü ildən ATBA üzvüdür.
Hökümə Abbasova 78 ölkəyə səyahət edib.