ÜZV OL

Gülgün Ənvərli

Instagram gulguntravels • 25.8k izləyici E-mail göndər
Tier: Micro-influencer Məzmun: Səyahət, Həyat tərzi, Lokal

Gülgün Ənvərli — ixtisasca HR, amma əslində “hava limanlarının ştatdankənar əməkdaşı”, pasport möhürlərinin isə qatı kolleksiyaçısıdır. 2019-da səyahət etməyə başlayan vaxt o, sadəcə qrup turlarında “təcrübə yığan səyahətçi” statusunda idi. İlk addımlarını Azərbaycanı qarış-qarış gəzərək atdı. Səhifəsində həm təbiət yürüşlərini, həm də lyuks istirahətin ən xırda detallarını belə obyektivinə sığışdırmağı bacardı.

Amma bir gün… tək uçdu. Geri qayıdanda isə artıq başqa bir Gülgün idi — elə bir Gülgün ki, özü ilə yanaşı tura qoşulan insanları da ölkə-ölkə gəzməyə ruhlandırırdı.

Səyahət etdiyi müddətdə Azərbaycandakı iş birliklərini də unutmur: ölkənin məşhur brend otelləri ilə əməkdaşlıq edən bloger kimi tanınır, müxtəlif turizm layihələrinin koordinasiyasını aparır.

Onun üçün səyahət hobbi deyil, ruhun əsas yeməyidir. Ay ərzində hava limanına girməsə, özünü vitamin çatışmazlığı keçirirmiş kimi hiss edir. Pasportu artıq “dieta”da deyil — bol viza-karbohidratlı menyu ilə qidalanır; çamadanı isə daim “uçuşa hazır” rejimində gözləyir. ✈️

2025-ci ildə ATBA-nı Qazaxıstanda təmsil edib.

12 aprel 2021-ci ildən ATBA üzvüdür.

İzləyici artım qrafiki 0%