▲
17.8k
Səlmi indiyə qədər tam 43 ölkə gəzib. Və onu tanıyanlar yaxşı bilir: bu adam üçün ölkə gəzmək, sadəcə ölkə gəzmək deyil — “hər şəhəri bir stəkan çay kimi dadmaq” missiyasıdır.
Bir ölkəyə gedir? Yetmir. Üstündən bir-iki şəhər də əlavə edir — “bura da mənim üçün maraqlıdır” deyə-deyə xəritəni rəngli bir puzzle-a çevirir.
Onun məqsədi də sadədir: getdiyi şəhərlərin ruhunu hiss etmək, sonra da çəkdiyi qeyri-adi dərəcədə gözəl videolarla insanları həmin ölkələrə getməyə elə bir ilhamlandırmaq ki, adam bilet almağa üşənsə belə, ən azı çantanı yığmağı xəyal etsin.
14 fevral 2024-cü ildən ATBA üzvüdür.