Rəna Kərimova
Rəna səyahət bloqeri və tur təşkilatçısıdır. Əvvəllər tək gəzirdi, amma tanışlarından “bizi də apar” sözünü o qədər eşitdi ki, axırda hamını özü ilə aparmağa başladı. 2021-ci ildən Azərbaycan daxilində, 2022-ci ildən isə xaricə turlar təşkil edir.
Bloqerlikdən əvvəl 10 ilə yaxın “Discovery Azerbaijan” turizm jurnalında çalışıb. Redaktoru olduğu jurnalda dünya ölkələri haqqında məqalələr yazanda ağlına da gəlməzdi ki, bir gün o yerləri özü gəzəcək və izləyicilərini də ora aparacaq.
Həm daxili, həm xarici turlarını çox sevir, çünki hər birindən yeni dostlar və xatirələr qazanır. Səhifəsinin adı da buradandır: “adama gəzmək qalır”. İndiyədək 50-dən çox ölkəyə gedib, vağzallarda və hava limanlarında az yuxusuz gecə keçirməyib.
2023-cü ildə ATBA-nı Venesuelada təmsil edib.
1 dekabr 2020-ci ildən ATBA üzvüdür.
Rəna Kərimova 49 ölkəyə səyahət edib.