▲
17.8k
Gülşənlə tanış olun – 38 yaşına qədər dünyanı xəritədə görməklə kifayətlənib, amma son iki ildə artıq özü xəritənin üstündə gəzməyə başlayıb. İlk dəfə çantanı çiyninə atanda “özümü tapdım” deyir, indi isə dayanmaq fikri yoxdur – planı bütün dünyanı qarış-qarış gəzməkdir.
Instagram səhifəsində yalnız şəkil paylaşmır, həm də faydalı ipucları verir. Yəni “selfie”nin yanında həm də hansı bilet ucuzdur, hansı məkan maraqlıdır, onu da öyrənirsən.
2025-ci ildə ATBA-nı Qazaxıstanda təmsil edib.
12 avqust 2025-ci ildən ATBA üzvüdür.