ÜZV OL

Təbriz Əliyev

Instagram tabriztales • 37.9k izləyici E-mail göndər
Kateqoriya: Micro-influencer Məzmun: Səyahət, Fotoqrafiya, Lokal

Təbriz Əliyevlə tanış olun – səyyah, fotoqraf, qurman və peşəkar bələdçi. Universitetdə regionşünaslıq oxusa da, iş həyatında təhsil, xidmət və turizm sahələrində “turlayıb”. İlk böyük səyahətini isə pandemiyanın qızğın vaxtında – 2021-ci ildə 14 günlük Azərbaycan turu ilə edib. Yəni hamı evdə “maskada nəfəs alıram” deyəndə, o artıq dağda, düzənlikdə “gör nə gözəldir” deyə şəkil paylaşırdı.

Ölkəni qarış-qarış gəzdikdən sonra xarici ölkələrə də açıldı. Elə 2022-ci ilin yayında başladı: əvvəl Rusiya, sonra Qazaxıstan, ardınca Türkiyə, Özbəkistan, Gürcüstan, Albaniya, Monteneqro, və hətta uzaq Latın Amerikaya – Venesuela, Kolumbiya, Kuba və Panamaya qədər yol aldı. İndi isə “Tabriz Tales” adlı bloqunda həm Azərbaycanı, həm də dünyanı tanıdır.

Onun üçün səyahət sadəcə “getdim-gəldim” deyil – həm yeməklərin dadına baxmaq, həm şəkil çəkmək, həm də gəzdiyi yerlərin tarixini və mədəniyyətini izah etməkdir. Bir sözlə, həm bələdçi, həm fotoqraf, həm də qurman kimi “multi-funksional turpaket”dir.

2024-cü ildə ATBA-nı Venesuelada təmsil edib.

1 dekabr 2023-cü ildən ATBA üzvüdür.

İzləyici artım qrafiki 0%