ÜZV OL

Sofiya Ağayeva

Instagram sofiya.aghazada • 27.9k izləyici E-mail göndər
Tier: Micro-influencer Məzmun: Səyahət, Həyat tərzi

Sofiya gündüzləri IT və SMM ilə məşğul olur, amma gün batanda bir hiking çantasını götürüb dağa-dərəyə qaçır. İlk dəfə 18 yaşında tək səyahətə çıxıb və o vaxtdan bəri təyyarə biletini metro kartı kimi istifadə edir.

Onun səyahətləri ya ekstremaldır – qayaya dırmaşmaq, meşədə yolunu azmaq, çadırlarda qalmaq – ya da birdən-birə “lyüks moda”ya keçib 5 ulduzlu otellərdə dincəlmək. Yəni hər dəfə “bugün Sofiya hardadır?” sualına cavab tapmaq, Netflix serialını izləməkdən daha həyəcanlıdır.

Sofiya üçün hər səfər bir macəradır: bir az qorxuları aşmaq, bir az gizlənmiş cəsarəti tapmaq, bir az da izləyicilərinə göstərmək ki, sərhədləri aşmaq bəzən sadəcə bir biletlik məsələdir.

2025-ci ildə ATBA-nı Maldivlərdə təmsil edib.

1 noyabr 2023-cü ildən ATBA üzvüdür.

İzləyici artım qrafiki +43.1%