Sevil Rəsulzadə | ATBA üzvü
Sevil Rəsulzadə

Sevil Rəsulzadə

2024-cü ilin fevral ayından ATBA üzvüdür.

Sevilin ilk səyahəti 2015-ci ilə təsadüf edir. O vaxtlar sadəcə “gedək görək necə olur” deyə çıxmışdı yola. Amma 2020-dən sonra sanki içindəki “dünyanı kəşf et” düyməsi basıldı və o vaxtdan bəri Asiya ilə Şərqi “favorit playlist” kimi dayanmadan təkrar-təkrar açır.

Onun üçün bu bölgələr sadəcə coğrafiya deyil, tam bir xəzinədir – mədəniyyət, tarix, insanlar, hekayələr… Bütün bunları isə yalnız özündə saxlamaqla kifayətlənmir. Instagram, TikTok, YouTube – hansı platforma varsa, hamısında paylaşır. Bir sözlə, bir az “blogger”, bir az “influencer”, bir az da “stereotiplərin qatilidir”.

Öz dili ilə desək, məqsədi sadədir: səyahəti sevdirmək, ölkələr haqqında illərlə yığılıb qalan klişeləri sındırmaq və daha çox insana “bax, bu da mümkündür” dedirtmək.

Instagram logo senara_travel | 17.6k izləyici