Renat Məcidov | ATBA üzvü
Renat Məcidov

Renat Məcidov

2024-cü ilin yanvar ayından ATBA üzvüdür.

IT layihələrinin idarə olunması üzrə mütəxəssis, turizmçi və sahibkardır. Onun səyahət hekayəsi 2015-ci ildə Gürcüstana ilk müstəqil səfəri ilə başlayıb. O gündən bəri Renat dünyanın 50-yə yaxın ölkəsini kəşf edib.

Səyahətlərində daha çox şəhərlərin ritmini, aktiv fəaliyyətləri və dinamik təcrübələri axtarır. Onun üçün səyahət yalnız yeni yerlər görmək deyil, eyni zamanda yaşadığı anı başqaları ilə bölüşməkdir. Renat gördüklərini izləyicilərinə təkcə fotolarla deyil, həm də qısa, lakin məzmunlu bloq yazıları ilə çatdırır. Hər yazı sadəcə bir xatirə yox, müxtəlif mədəniyyətlərin, duyğuların və təcrübələrin canlı izidir.

Instagram logo renatmajidov | 9.8k izləyici