ÜZV OL

Rəna Kərimova

Instagram adamagezmekqalir • 34.9k izləyici E-mail göndər
Tier: Micro-influencer Məzmun: Səyahət

Travel bloger, tur təşkilatçısı Rəna Kərimova

Əvvəllər yalnız özü tək səyahət etsə də, ətrafdan “nə gözəl yerlərə gedirsən, bizi də apar” sözlərini o qədər çox eşitdi ki, axırda hamını o gözəl yerlərə aparmağa başladı. 2021-ci ildən Azərbaycan daxilində turlar təşkil edir. 2022-ci ildən isə ölkə xaricinə turlar təşkil edir, özü kimi səyahətsevərləri başına toplayıb dünyanı qarış-qarış gəzir və gəzdirir.

Blogerlikdən əvvəl Rəna 10 ilə yaxın turizm dərgisi olan “Discovery Azerbaijan” jurnalında çalışıb. Redaktoru olduğu dərgidə dünya ölkələrinin gəzməli-görməli yerləri haqqında internet materialları əsasında məqalələr yazanda ağlına da gəlməzdi ki, bir gün o yerləri real olaraq gəzəcək, üstəlik həmin yerlərdə selfi çəkib izləyicilərini də səyahətə həvəsləndirəcək.

Həm daxili, həm xarici turlarını çox sevir. Çünki bu turlardan yeni dostlar, xatirələr qazanır. İnstagram səhifəsinin adına uyğun olaraq (adama gəzmək qalır) adama gözəl anlar qaldığını deyir, hər səfərindən bir çamadan dolusu xatirə ilə qayıdır.

İndiyədək 50-dən çox ölkəyə səyahət edib, vağzallarda, hava limanlarında yuxusuz gecələr keçirib.

2023-cü ilə ATBA-nı Venesuelada təmsil edib.

1 dekabr 2020-ci ildən ATBA üzvüdür.

İzləyici artım qrafiki -0.3%