Ləman Tağıyeva | ATBA üzvü
Ləman Tağıyeva

Ləman Tağıyeva

2025-ci ilin aprel ayından ATBA üzvüdür.

Ləman Tağıyeva peşəkar olaraq televiziya rejissoru kimi fəaliyyət göstərib və uzun illər ATV telekanalında çalışıb. Onun səyahət hekayəsi isə 2010-cu ildə ilk dəfə İstanbula etdiyi səfərlə başlayıb.
Səyahət Ləman üçün sadəcə hobbidən daha artıqdır — o, arzuladığı ölkələri kəşf etməyi, yeni mədəniyyətlərdən öyrənməyi və topladığı məlumatları paylaşmağı qarşısına məqsəd qoyub. Günlük həyatın təkrarlanan ritmindən çıxaraq fərqli küçələrdə addımlamaq, yeni mühitlərdə olmaq onun üçün ilham və enerji mənbəyidir.

Instagram logo leyman_tagiyeva | 9.8k izləyici