ÜZV OL

İradə Qədirova

Instagram irada_gadirova • 191k izləyici E-mail göndər
Tier: Macro-influencer Məzmun: Səyahət

İradə Qədirova – tarixçi, amma səyahəti elə ixtisası ilə birləşdirərək “canlı ensiklopediya”ya çevrilib. 15 illik təcrübəsi var, Azərbaycanın ucqarlarını 3 ilə qarış-qarış gəzib. Avropa və Latın Amerikasında olsa da, ürəyi həmişə Şərqdə qalıb – oranın mədəniyyəti, tarixi və insanların hekayələri onun “Netflix seriyası” kimidir: daim izləniləsi.

Üstəlik, 4 səyahət kitabının müəllifidir və ATBA-nın fəxri üzvüdür. Yəni bu xanımın yanında Google Maps də susur, çünki istiqaməti İradə daha yaxşı göstərir.

2025-ci ildə ATBA-nı Litvada təmsil edib.

1 dekabr 2020-ci ildən ATBA üzvüdür.

İzləyici artım qrafiki +0.5%