ÜZV OL

Hökümə Abbasova

Instagram seyahetsever • 29.6k izləyici E-mail göndər
Tier: Micro-influencer Məzmun: Səyahət

Hökümə Abbasova — qısası, həm Avropanı, həm Britaniyanı oxuyub “İngilis çayı mı, Azərbaycan çayı mı?” debatını akademik səviyyəyə qaldıran insan. Azərbaycan Dillər Universitetində Avropaşünaslıq üzrə bakalavr, Britaniyaşünaslıq üzrə magistr təhsili alıb. Universiteti bitirən kimi də elə ADU-da Beynəlxalq Əlaqələr üzrə Prorektorluğun ofisinə düşüb. Bir az sənəd işləri, bir az diplomatik jestlər… sonra isə müəllimlik eşqi başlayıb.

Bu da yetməyib, yolu Təhsil Nazirliyinə düşüb: 5 il Beynəlxalq Əməkdaşlıq şöbəsində baş məsləhətçi işləyib. “Baş” sözündən qaçmaq istəyib, ancaq nazirlik buraxmayıb. Sonra Fulbrayt təqaüdünü qazanıb ABŞ-a gedib və Florida Universitetində 6 ay tropik həyat yaşayıb. Hazırda ADU-nun Regionşünaslıq kafedrasında baş müəllim kimi fəaliyyət göstərir. Yəni yenə “baş”. Bu söz onu çox sevir.

2018-ci ildə 24-cü ölkəsindən qayıdanda birdən beyninə parlaq bir fikir düşüb: “Bu qədər gəzib-dolaşıram, niyə hələ bir səyahət səhifəm yoxdur?” Beləcə Instagram-da “Seyahetsever” dünyaya gəlib.

Son 5 ildə isə səyahət işini tam gücü ilə artırıb. Həyat tərzini yenidən yığıb-qurub. 9-6 iş rejiminin ona xoşbəxtlik gətirmədiyini anlayanda, dövlət qulluğuna “əlvida” deyib. Daha çox boş vaxtı olsun deyə yalnız müəllim kimi çalışmağa qərar verib və boş vaxtlarını qrup turları ilə doldurmağa başlayıb. Bu günə kimi 35-ə yaxın ölkəyə qrup aparıb — pasport yorulub, amma özü yox.

Qrup turları bir yana, arada büdcəli solo səyahətlər etməyi də çox sevir. Elə son 5 ildə solo səfərləri qrup səfərlərini də kölgədə qoyub. Demək olar ki, özü-özünə ən sədaqətli səyahət yoldaşıdır.

31 iyul 2024-cü ildən ATBA üzvüdür.

İzləyici artım qrafiki +1.4%