▲
60.6k
Elşənin bir neçə peşəsi var: turizmçi, şirniyyatçı, iqtisadçı və HR mütəxəssisi. Səyahət etməyə 1999-cu ildə başlayıb və daha çox tək gəzir. Onu ən çox tarix maraqlandırır, xüsusilə qədim xalqlar və dinlər. Etnoqrafiyanı və təbiəti də izləyicilərinə həvəslə tanıdır.
Paylaşımlarında səfərin bütün mərhələlərini göstərir: vizanın alınmasından marşrutun planlanmasına, yerli davranış qaydalarından mədəniyyətin incəliklərinə qədər. Ona görə izləyiciləri getdiyi yerləri görməklə yanaşı, oraya necə getməyi də öyrənir.
24 yanvar 2022-ci ildən ATBA üzvüdür.
Elşən İsmayılov 69 ölkəyə səyahət edib.