ATBA ilə birlikdə böyüyün
Əməkdaşlıq
Azərbaycanın turizm sektorunda fəaliyyət göstərən bloqqerlər və influencerlər vasitəsilə məhsul və xidmətlərinizi daha geniş auditoriyaya çatdırın.
ATBA – Azərbaycan Turizm Bloggerləri Assosiasiyası turizm sahəsində fəaliyyət göstərən bloqqerləri, influencerləri və yaradıcı şəxsləri bir platformada birləşdirir. Məqsədimiz Azərbaycanı yerli və beynəlxalq auditoriyaya tanıtmaq, yeni turizm məhsullarını, xidmətləri və layihələri daha geniş kütləyə çatdırmaqdır.
Geniş Şəbəkə
Azərbaycanın ən aktiv turizm bloqqerləri və influencerləri ilə birbaşa əlaqə imkanı.
Şəffaf Proses
Bütün əməkdaşlıqlar ATBA vasitəsilə rəsmi və şəffaf şəkildə həyata keçirilir.
Peşəkar Yanaşma
Hər bir layihə üçün fərdi yanaşma və peşəkar icra zəmanəti.
Əməkdaşlıq İstiqamətləri
Fəaliyyət növünüzə uyğun formatı seçin.
Məzmun Yaradılması
Blog yazıları, video çəkilişlər, fotoreportajlar və digər rəqəmsal məzmun vasitəsilə məhsul və xidmətlərinizin tanıdılması.
Sosial Media Kampaniyaları
Instagram, Facebook, TikTok və digər platformalarda hədəf auditoriyaya çatan effektiv kampaniyaların həyata keçirilməsi.
Layihə və Tədbirlər
Turizm tədbirləri, press-turlar, tanıtım kampaniyaları və birgə layihələrin planlaşdırılması və icrası.
Necə İşləyir?
Sadə 3 addımda əməkdaşlığa başlayın.
Təklif Göndərin
Əməkdaşlıq təklifini və layihə haqqında ətraflı məlumatı əlaqə forması vasitəsilə göndərin.
Birlikdə Müzakirə Edək
ATBA komandası təklifinizi dəyərləndirər, uyğun formatı müəyyənləşdirər və sizinlə ətraflı müzakirə aparar.
Əməkdaşlığa Başlayın
Razılaşdırılmış plan əsasında birgə fəaliyyətə başlayın və nəticələri birlikdə izləyin.
Qeyd
ATBA kommersiya qurumu deyil və əməkdaşlıqlardan hər hansı maddi mənfəət güdmür. Bu səbəbdən tərəfdaşlara üzvlərlə birbaşa əməkdaşlıq etmək əvəzinə, əməkdaşlıqları ATBA üzərindən həyata keçirməyi tövsiyə edirik. Bu, həm şəffaflığı təmin edir, həm də assosiasiyanın ümumi məqsədlərinə daha yaxşı xidmət edir.
Əməkdaşlığa Hazırsınız?
ATBA ilə əməkdaşlıq edərək siz Azərbaycanın turizm sektorunda aktiv fəaliyyət göstərən influencerlərin və bloqqerlərin dəstəyini qazana, layihələrinizi daha geniş auditoriyaya tanıda bilərsiniz.
Bizimlə Əlaqə Saxlayın