Fidan Sultanova

Tier Macro-influencer

Fidan elə bir səyahətçidir ki, sadəcə “bu ölkədə oldum” deməklə kifayətlənmir — sanki pasportuna möhür yox, kontent vururlar. O, gördüyü yerlərin mədəniyyətini, gündəlik həyatını və özəlliklərini elə səmimi şəkildə izləyiciləri ilə bölüşür ki, insan baxanda bilet axtarışına çıxmaq istəyir. Onun kontentləri real təcrübələrə əsaslanır — videobloglar, gündəlik paylaşımlar, faydalı məsləhətlər və “bura gələrsənsə, sən də belə hiss edəcəksən” ab-havasında təqdimatlar.

5 oktyabr 2025-ci ildən ATBA üzvüdür.

İzləyici dinamikası 0%