▲
127.6k
Azər Qərib uşaq vaxtı hava limanına baxanda böyük bina yox, dünyaya açılan qapı görürdü. 2003-cü ildə “Qərib Azər” verilişi ilə ekrana çıxdı, bu gün isə “Oralar” layihəsi ilə tamaşaçıları dünyanın dörd bir yanına aparır. 100-dən çox ölkə gəzib.
Azərbaycan Turizm Blogerləri Assosiasiyasının sədri kimi gənc səyahətçilərə və blogerlərə yol göstərir. Onun üçün səyahət hobbi deyil, həyatın özüdür.
5 oktyabr 2020-ci ildən ATBA üzvüdür.
Azər Qəribov 100 ölkəyə səyahət edib.