▲
60.6k
Pandemiya bitəndə Ülkər həyat tərzini dəyişməyə qərar verdi və səyahətə başladı. Əvvəlcə Azərbaycanın yollarını gəzdi, sonra xaricə üz tutdu.
İndi fərqli şəhərləri gəzir, yeni mədəniyyətlərlə tanış olur və bunları izləyiciləri ilə bölüşür. Fikrincə, bloqer təkcə şəkil paylaşmamalıdır. İzləyicini düşündürməli, nəsə öyrətməli və yola çıxmağa həvəsləndirməlidir.
2024-cü ildə ATBA-nı Venesuelada təmsil edib.
1 fevral 2023-cü ildən ATBA üzvüdür.
Ülkər Əmiraslanova 8 ölkəyə səyahət edib.