Təbriz Əliyev

Təbriz Əliyev


Təbriz Əliyev – səyyah, fotoqraf, qurman və peşəkar bələdçidir. Universiteti Regionşünaslıq ixtisası üzrə bitirsə də, işlədiyi sahələr təhsil, xidmət və turizim sektoru olub. İlk səyahətini COVID-19 sonrası 2021-ci ildə 14 günlük Azərbaycanı gəzməklə başlayıb, gəzdiyi bütün yerlər haqqında məlumatlar və fotoşəkillər paylaşaraq Azərbaycanı tanıtmağa başlayıb. Azərbaycanı qarış-qarış gəzməyə davam edərkən, 2022-ci ilin yayında xaricə ilk uzun müddətli səyahətini edib. İndiyə qədər Rusiya, Qazaxıstan, Türkiyə, Özbəkistan, Dağıstan, Gürcüstan, Albaniya və Monteneqroda olub. “Səyahətdəyəm” adlı blogunda Azərbaycanın və dünyanın görülməyə dəyər yerləri haqqında daima yeniliklər paylaşır. İxtisasca rus dili müəllimidir.