Azərbaycanda şərabçılıq və şərab turizmi
Azərbaycanda şərabçılıq və şərab turizmi
Ölkəmizdə şərabçılıq əsasən sovet hakimiyyəti illərində inkişaf etdirilib. İstehsal və ixrac həcmi isə günümüzdə sürətlə artmaqdadır. Tariximizdə islamın rolu sahənin ləngiməsində böyük rol oynamışdır, buna görə də Qafqaz ölkələrində bu sahədə bir az geriləmişik, bununla yanaşı isə sahə sürətlə inkişaf edir.
Bilirdiniz mi? Əslində şərabın tarixi İranın tarixi qədər qədimdir az qala. İlk fermetləşdirilmiş şərablar İranın şimal və qərb bölgələrində, Qafqaz və Zaqros dağları ətrafında baş verib. Elə buna görə olmalıdır ki, şərabın Qafqaza gedən yolu də məhz Azərbaycan torpaqlarından keçmişdir. Şərabın tariximizdə rolunu Ömər Xəyyam, Seyid Əzim Şirvani kimi dahilərin yazdığı misralarda da görə bilərik.
…
@atba_az olaraq 26 May tarixində ölkənin ən böyük şərab istehsalçılarından @azgranata -nın dəvəti ilə üzümçülüyün xüsusi yeri olduğu Şamaxı və Ağsu şəhərlərinə səfərə getdik. Burada həm üzümçülük, həm şərabçılıq və onun istehsalat prosesi ilə tanış olub, həm də şərabları dadmaq imkanı əldə etdik.
@azgranata -nın üzüm sahələrinin əsas hissəsini Şamaxı şəhərinin Adnalı kəndi təşkil edir. Burada yetişdirilən üzümlər bir çox mərhələdən peşəkarcasına keçərək süfrələrimizə qədər gəlib çıxır. Nar şərabının tanıdılmasında da @azgranata şirkətinin böyük rolu var ki, bu şərablar onlarla ölkəyə ixrac edilir. Nar şərabı ilə yanaşı, burada heyva şərabını da dada bilərsiniz.
Mənim isə diqqətimi ən çox çəkən şərab xüsusi üzüm sort olan “Khindogni”dən hazırlanan şərab oldu. Bu üzüm sortu illərlə işğal altında olmuş torpağımız Hadrutda yetişir. Günümüzə qədər ölkəmiz tərəfindən stoklana bilməyən şərabı artıq @azgranata öz istehlakçılarına çatdırmağa hazırlaşır.
Üzüm sahələri ilə tanış olduqdan sonra isə növbəti mərhələdə nahar üçün toplaşdıq və “Khindogni” şərabının da dadına məhz orada baxdım. Dadı ağız dadıma uyğun olmasa da, hekayəsi mənə bu şərabı sevdirməyə bilməzdi.
Daha sonra isə @azgranata şərab istehsalı zavodu ilə tanışlıq üçün @lezgiyev və @ulvi_gunesli -nin müşaiyəti ilə zavoda gəldik. Burada xüsusi çəlləklərdə saxlanılan şərablar, onların istehsal prosesi ilə tanış olduq. Çəlləklərdən birbaşa şərabları dadma imkanını əldə etmiş olduq.
Növbədə isə mən daxil @atba_az üzvlərinin də ən səbirsizliklə gözlədiyi, dequstasiya zamanı idi. Burada da müxtəlif növ, hələ satışda olmayan şərabları dadma imkanı əldə etdik. @azgranata -nın xüsusi “Rübai” kolleksiyası ilə tanış olduq. Bu kolleksiyanın marketinq işinin arxasındakı möhtəşəmliyi görməmək mümkün deyildi. Dahi şairlərimizin vaxtilə şərablar haqda yazdığı misralar, deyilənlərə rəssam gözü ilə çəkilmiş vizuallar şərab şüşələrinin üzərində əks olunmuşdur.
Xüsusi şərab çərəzləri ilə daddığım şərablardan isə ən bəyəndiyim “Ice wine” oldu. Dadı şirin olsa da, bu şərabın xüsusi hazırlanma növü çox diqqətçəkicidir. Soyuq iqlimdə donmuş üzümlərin şirəsindən fermentasiya edilmiş şərabın dadı sadəcə mükəmməl idi.
Yaşadığım ən gözəl şərab turu təcrübələrindən idi bu. Siz də bu tərcübəni yaşamaq üçün aşağıda əlavə edəcəyim məlumatlar əsasında tura qoşula bilərsiniz.
Sonda isə dəvətinə və müşaiyətinə görə xüsusi olaraq @azgranata şirkəti və əməkdaşları @ulvi_gunesli @lezgiyev və @nasrinbabayeva -ya minnətdarlığımızı bildiririk.
…
Tur haqda məlumat
@azgranata tərəfindən Böyük Qafqaz dağlarının Adnalı yaylasında yerləşən 500 hektar üzüm bağlarında həm Avropa həm də Qafqazın müxtəlif üzüm sortları yetişdirilir. Dünyaca məşhur nar şərabı isə Şirvan düzündə, Ağsu rayonunun cənub hissəsində yerləşən nar bağlarından toplanaraq hazırlanır. Ən yaxşı nar sortlarından olan Gülövşə məhz bu bölgələrdə yetişdirilir.
Şərab turunun qiyməti min. 2 nəfərin iştirakı ilə adambaşı 35, 50 və 100 AZN-ə təklif olunur ki, bazarda ən münasib qiymətli şərab turlarından biridir. Bütün yaşadığımız təcrübələri siz də yaşamaq üçün qoşula bilərsiniz.
Renat Məcidov