“Azadlıq heykəli” və ya “Dünyanı işıqlandıran azadlıq”

“Azadlıq heykəli” və ya “Dünyanı işıqlandıran azadlıq”


“Azadlıq heykəli” və ya “Dünyanı işıqlandıran azadlıq” Nyu-York, Manhettendə, Nyu-York limanında yerləşən Azadlıq adasında ucaldılmış nəhəng neoklassik heykəldir. Frederik Ogüst Bartoldi tərəfindən hazırlanmış heykəl 28 oktyabr 1886-cı ildə Fransa xalqı adından ABŞ-yə hədiyyə edilmişdir. Heykəldə təsvir olunan ayaq üstə dayanmış xələtli qadın Roma azadlıq ilahəsi Libertası təcəssüm etdirir. O bir əlində azadlıq məşəli, digərində isə üzərində ABŞ Müstəqillik Bəyannaməsinin elan edildiyi 4 iyul 1776-cı il tarixinin yazıldığı tabula ansata (qanunların yazıldığı tablet) tutmuşdur. Qırılmış zəncir onun ayağının üstünə sərilmişdir. Azadlığın və ABŞ-nin simvollarından biri olan heykəl, xaricdən gələn qonaqları salamlayan siqnaldır.
Heykəlin hündürlüyü 46 metr, ümumi yerdən hündürlüyü 93 metr, çəkisi isə 225 Tondur. Heykəlin ilk əvvəl rəngi ağ olsa da, zaman keçdikcə açıq havada oksidləşərək rəngi yaşıl rəngə dəyişib.