Sinay yarımadasındakı məşhur kurort Şarm əl-Şeyx Azərbaycandan olan səyahət blogerlərindən ibarət nümayəndə heyətini qəbul edib. “PEGAS Touristik Azərbaycan”in dəvəti ilə İradə Qədirova, Gülgün Ənvərli, Elşən İsmayılov, Leyla Həsənzadə, Kəmalə İsayeva, İftixar Rəsulov və tanınmış səyahətçi və fotoqraf Orxan Aslanov Misirə səfər etmişlər.

Bu il “PEGAS Touristik” qlobal turizm bazarında iyirmi doqquz illik fəaliyyətini qeyd edir. “Əvvəlcə qonaq” şüarı şirkətin açılışından dəyişməz qalıb.

Bu, ilk dəfə deyil ki, Misir öz kurortlarını tanıtmaq üçün böyük auditoriyaya malik internet ekspertlərini cəlb edir. Amma indi Azərbaycandan Şarm əl-Şeyxə birbaşa uçuşların olması belə tanıtım səfərinə xüsusi ehtiyac yaradır.

“PEGAS Touristik Azərbaycan” blogerlər üçün noyabrın 22-dən başlayan və noyabrın 29-dək davam edən bütöv bir proqram hazırlayıb. Blogerlər gözəl mənzərələr arasında yerləşən Rixos Golf Villas And Suites Sharm El Sheikh hotelində qonaqlayıblar. Qolf meydançası ilə əhatə olunmuş mavi suların və gur yaşıl bağların kontrastı heyrətamiz bir kurort yaradır. Rixos Golf Villas və Suites “All Inclusive” və “All Exclusive” xidmətlər təklif edir. Rixos Golf Villas & Suites-də qalmaq mükəmməl yaşayışdan daha çoxunu təklif edir: ləzzətli yeməklər və əla xidmət, dəbdəbəli bufet restoranı və unikal imtiyazlar. Otel şəhərin mərkəzində, Beynəlxalq Konqres Mərkəzinin yanında, hava limanından və Naama Bay turizm mərkəzindən 5 km məsafədə yerləşir.