Azərbaycan Turizm Blogerləri Assosiasiyasının (ATBA) İdarə Heyəti və üzvləri 26-27 iyun tarixlərində Şahdağ Turizm Kompleksində səfərdə olublar.

Blogerlər adətən qış turizmi ilə məşhur olan Şahdağı bir də yay fəslində ziyarət edərək, kompleksin bütün mövsümlərdə turistlərə maraqlı əyləncələr təqdim etməsi ilə tanış olublar.

Kompleks Qusarın mərkəzindən 30 km aralı yerləşir. Dağların ətəyi, yaşıl yamaclar, təmiz hava yay aylarında da buranı cəlbedici efir.

Səfər ərzində tanınmış aşpaz Fərhad Aşurbəylinin master klassları da böyük marağa səbəb olub.