ÜZV OL

ATBA üzvü Turkish Airlines ilə Litvada

📅 26 noyabr 2025  •  ⏱ 1 dəqiqəlik oxu  •  🏷 Xəbərlər

26 noyabr – 2 dekabr tarixlərində Turkish Airlines-in dəvəti ilə Litvanın məşhur “Eglės” sanatoriyasında infotur təşkil edilib. Azərbaycanı bu infoturda Azərbaycan Turizm Bloggerləri Assosiasiyasının (ATBA) fəxri üzvü İradə Qədirova təmsil edib.

Səfər çərçivəsində sanatoriyanın xidmətləri, müalicə proqramları, infrastruktur və sağlamlıq turizmi üzrə təqdim olunan imkanlarla ətraflı tanışlıq baş tutub. İştirakçılara Litvanın sağlamlıq turizmi potensialı və “Eglės” sanatoriyasının xüsusi proqramları barədə məlumat verilib.

İradə Qədirovanın infoturla bağlı paylaşım və təəssüratlarını onun Instagram səhifəsində izləyə bilərsiniz: irada_gadirova