Yanvarın 18-də Hindistan Respublikasının Azərbaycandakı səfirliyində Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhanan Azərbaycan Turizm Blogerləri Assosiasiyasının idarə heyətinin üzvləri Rüstəm Nəbizadə, Abdulla Quliyev, Gülgün Ənvərli, Elşən İsmayılov, Sürəyya Axundova, fəxri üzvü İradə Qədirova və media nümayəndələri ilə görüş keçirilmişdir.

Fikir mübadiləsi və ruh yüksəkliyi ilə müşaiyət olunan görüşdə əsas diqqət boşluqların aradan qaldırılması və əlaqələrin qurulmasına yönəldi. Səfir Madhusudhananın daha dərin əlaqələrin qurulması ilə bağlı çağırışı hər kəsdə rezonans doğurdu. O, qısa məsafəni (Bakıdan Dehliyə təxminən 4 saatlıq uçuş) və uçuşlarn tezliyini (həftədə 7 uçuş) vurğulayaraq azərbaycanlı dostları Hindistanı kəşf etməyə çağırdı. Səfirlik Azərbaycan dilində yenilənmiş “Qızıl üçbucaq” broşürünü təqdim edib. Bu kitabça ilk dəfə səyahət edən insanları məşhur turizm marşrutu olan Dehli, Aqra və Caypuru kəşf etməyə həvəsləndirir.
Görüş səmimi təşəkkür və hekayələr və təcrübələrlə dolu gələcəyə dair ortaq baxışla yekunlaşdı. Budur, yeni başlanğıclar və unudulmaz səyahətlər!