Bu gün sevincli və qürurlu bir gündür. “Azərbaycan Hava Yolları” tərəfindən tarixi bir uçuş həyata keçirilib. Azərbaycan təyyarəsi ilk dəfə Füzuli Beynəlxalq Hava limanına enib. İlk sınaq uçuşunda dövlət xadimləri, tanınmış şəxslər, media nümayəndələri və blogerlər də iştirak ediblər.

 

Azərbaycan Turizm Blogerləri Assosiasiyası (ATBA) da bu tarixi ana şahid olub. ATBA İdarə heyətinin üzvləri də sınaq uçuşuna qatılıblar.