Azərbaycan Turizm Blogerləri Assosiasiyasının sədr müavini Fərid Novruzi Dünya səyahətindən dönüb.

 

Səyahətçini hava limanında ailə üzvləri, blogerlər, Azərbaycan Turizm Blogerləri Assosiasiyasının üzvləri və media nümayəndələri qarşılayıblar. 

 

Səyahətçi sürpriz qarşılanmadan şad olduğunu söyləyib.

 

Qeyd edək ki, Fərid Novruzi dünyanı 158 günə təyyarəsiz dövr edib. Bu müddət ərzində Novruzi 6 qitə, 40 ölkədə olub, iki dəfə ekvator xəttini keçib, ümumilikdə isə 60000 km məsafə qət edib.